AZ

Rusiya Ukraynaya uçan PUA-larını havada vurdu - AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinin Ukraynanın enerji obyektlərinə hücumları müvəqqəti dayandırmaq əmrindən sonra Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın Nikolayev vilayətində hədəflərə doğru uçan 7 pilotsuz uçuş aparatını məhv edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın enerji infrastrukturuna zərbələrin müvəqqəti dayandırılması barədə əmr alınarkən Rusiyanın yeddi zərbə pilotsuz təyyarəsi havada olub, Nikolayev vilayətindəki hərbi-sənaye kompleksi ilə bağlı enerji obyektlərini hədəf alıb. Onlardan 6-sı “Pantsir” zenit-raket kompleksi, biri isə Rusiya Aerokosmik Qüvvələrinin növbətçi təyyarəsi tərəfindən vurulub.

Ağarza Elçinoğlu 

Seçilən
32
36
unikal.az

10Mənbələr