AZ

Universitetdə Novruz şənliyi keçirildi

Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın ən gözəl milli bayramı olan Novruzun gəlişi xoş bayram ovqatı ilə qeyd edilib.

Modern.az-ın məlumatına görə, LDU-nun Böyük akt zalında keçirilən bayram şənliyində Novruz adətlərini əks etdirən videorolik nümayiş etdirlib.

Sonra bayramsayağı bəzədilmiş zal universitetin və LDU-nun nəzdində olan Sosial Aqrar Texnoloji Kollecin gənc istedadlarının, Novruz bayramının atributları olan Kosa və Keçəlin, Bahar qızın ixtiyarına verilib. Məzəli səhnəciklər, şirin yumor, oynaq mahnı və rəqslər bir-birini əvəzləyib, tədbir iştirakçılarına xoş ovqat, bayram əhval-ruhiyyəsi bəxş edib.

Novruz şənliyi milli birliyimizin simvolu olan möhtəşəm “Yallı” rəqsi ilə sona çatıb.

Seçilən
14
2
modern.az

2Mənbələr