AZ

Tramp Putinlə gizli danışıqlar apardığını deyir

tramp
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə son həftələrdə bir neçə dəfə danışdığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, Tramp bunu martın 18-də Putinlə danışıqlardan sonra “Washington Examiner” jurnalına müsahibəsində deyib.
“Çox yaxşı zəng idi. Məncə, bu, yaxşı bir şeyin başlanğıcıdır. Başlanğıc üç-dörd həftə əvvəl edilib. Bilirsiniz, mən Putinlə dəfələrlə danışmışam – hər şey bu zənglə başlamayıb. Bizim başqa söhbətlərimiz də olub”, - Tramp bildirib.
Jurnalistlərdən birinin bu söhbətlərin ictimaiyyətə açıqlanıb-açılanmaması ilə bağlı sualına Tramp deyib:
“Xeyr bu barədə məlumat verilməyib, lakin bu, müsbət dinamikanın davamıdır. Müsbət olmasaydı, sizə deyərdim”.
Qeyd edək ki, Donald Trampın ABŞ prezidenti vəzifəsinə gələndən sonra Vladimir Putinlə nə qədər tez-tez telefonla danışdığı tam aydın deyil. İki ölkə liderləri fevralın 12-də və martın 18-də danışıqlar aparıblar. Fevralın 8-də Tramp bildirib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Putinlə telefonla danışıb. Sonra o, Putinlə neçə dəfə danışdığına cavab verməkdən imtina edib:
“Mən susmağı üstün tuturam”.
Seçilən
16
50
yeniavaz.com

10Mənbələr