Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp martın 19-da Kiyev vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə saat 18:00) telefon danışığı aparacaqlar...
“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid məlumat verib.
"Zəng şərq vaxtı ilə saat 10:00-a (Kiyev vaxtı ilə saat 16:00) planlaşdırılıb", - jurnalist “X” sosial şəbəkəsində yazıb.
***
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ lideri Donald Trampla telefon danışığı aparacaq.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə V.Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Bu gün Prezident Trampla təmasda olacağam. Düşünürəm ki, biz onunla gələcək addımların təfərrüatlarını müzakirə edəcəyik. Hesab edirəm ki, komandalarımız arasında həqiqətən yaxşı görüş olub", - o qeyd edib.
V.Zelenskinin sözlərinə görə, onlar Trampla Ukraynada müharibənin nizamlanması üzrə növbəti addımların təfərrüatlarını müzakirə edəcəklər.
Qeyd edək ki, dünən Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıb.
Dövlət başçısı əlavə edib ki, həmçinin Trampdan onun Putinlə söhbətinin təfərrüatlarını da eşitməyi gözləyir.
Poliqon.info