Türkiyənin məşhur aktyoru Ceyda Ateş ABŞ prezidenti Donald Trampın Palm Beach şəhərindəki məşhur Mar-a-Lago malikanəsində təşkil edilən xüsusi qəbulda iştirak edib.
Gundem.az türk mediasına istinadla xəbər verir ki, Ceyda Ateş sosial media hesabında qəbulun fotosunu paylaşıb.
Sosial şəbəkələrdə yayılan videoda Donald Trampın özünün də olduğu görüntülər yer alıb. Ceyda Ateşin ABŞ prezidenti ilə çəkdirdiyi video sosial media istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Mar-a-Lago malikanəsi 1985-ci ildən Donald Trampa məxsus olub və hazırda mühüm tədbirlərə ev sahibliyi edir.
Məqaləyə dair fotomateriallar: