İlin ilk Günəş tutulmasının vaxtı məlum olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Tutulma martın 29-u saat 12:50:35-də başlayıb saat 16:43:25-də sona çatacaq.
Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Prosesin maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.
Hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.