Venesuela hakimiyyəti əvvəllər transmilli cinayətkar qrup Tren de Araquanın üzvlərini ABŞ-a göndərib.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt brifinqdə deyib.
“Onları bura Maduronun düşmən rejimi göndərib. Və prezident Donald Tramp vəzifəyə gəldikdən dərhal sonra Tren de Araquanı xarici terror təşkilatı kimi tanıdı”, - deyə o bildirib.