AZ

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bakı. Trend:

Novruz qədim və böyük bayram kimi yazın gəlişi münasibətilə qeydedilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasınahəsr olunur.

Trend-in məlumatına görə, Novruzun qeydedilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamınagəlir.

Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmiaraşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədimzamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Hətta elmadamları bu bayramın zərdüştlükdən əvvəl də qeyd olunduğunubildirirlər. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimumisə 5000 il müəyyən edirlər.

Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-dəqeyd edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin özadət-ənənəsi var imiş. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruzbayramı ilk dəfə eramızdan əvvəl 505-ci ildə qeyd olunub.

İslam xadimləri həmişə cəhd ediblər ki, bu bayrama dini çalarlargətirsinlər. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafizvə s. kimi dahi maarifçilər sübut ediblər ki, Novruz bayramıİslamdan çox-çox əvvəllər meydana gəlib. Novruz bayramına həsredilmiş əsərlərə misal olaraq, Nizamülmülkün "Siyasətnamə", ÖmərXəyyamın "Novruznamə"sini göstərmək olar.

Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeydedilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeydedilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq,çoxəsrlik ənənələrinə sadiq olan hər bir azərbaycanlı ailəsi bubayramı qeyd edib.

Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı həttaNovruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildəqeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı özadət-ənənələrinə müvafiq olaraq - Su, Od, Yel və Torpaq çərşənbəsi(ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinəgörə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətəbaşlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə küləyin,dördüncü çərşənbədə isə torpağın köməyi ilə ağaclarda tumurcuqlaraçır və bütün bunlar yazın gəlişindən xəbər verir.

Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədimadətlərə misal olaraq "Xıdır İlyas"ı (məhsuldarlıq, çiçəklənməsimvolu), "Kos-kosa" əyləncəli meydan oyununu və fal açmanıgöstərmək olar.

Od ilə bağlı maraqlı adət-ənənələr var. Odlar diyarı Azərbaycanocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənməəlamətidir. Axır çərşənbədə - Novruz bayramının son çərşənbəsi -böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də birtonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birininüzərindən bir dəfə tullanmaq lazımdır. Odun üzərindən tullananlarbu sözləri deməlidirlər: "Ağırlığım-uğurluğum odlara". Tonqalı heçvaxt su ilə söndürmək olmaz. Tonqalın özü sönəndən sonra gəncqızlar və oğlanlar tonqalın külünü toplayaraq evdən uzağa atırlar.Bu o anlama gəlir ki, ailə üzvlərinin tonqalda yanan bütünuğursuzluqları kül ilə birlikdə uzaqlaşdırılır.

Su ilə təmizlənmə suyun real əlamətləri ilə bağlıdır. Su iləəlaqəli ənənə Azərbaycanda yeni illə bağlıdır. Yeni ildə bulaq vəçayın üzərindən tullanmaq o anlama gəlir ki, sən ötənilkigünahlarını yudun. Bundan əvvəl ötən ilin son gecəsi yatmazdanqabaq insanlar bir-birilərini sulayırlar. Deyirlər ki, Novruzun sonçərşənbəsinin gecəsi çaylar və bulaqlar dayanır, hətta ağaclartorpağa əyilir. Əgər kimsə həmin bayram gecəsi o sudan içsə,növbəti ildə xəstələnməyəcək.

Novruz bayramının ən ali məqamı köhnə ilin ixtiyarı yeni iləverməsi zamanıdır. Qədim adətlərə görə, həmin vaxt Novruzunşərəfinə tüfənglərdən atəş açılır. Hələ XIX əsrdə N.Dubrovin bubarədə yazırdı: "Azərbaycanda yazın gəlişi şəhərlərdə və kəndlərdəyaylım atəşlərinin açılması ilə bildirilir". Azərbaycanda Novruzbayramının təntənəli qeyd edilməsində iştirak edən Adam Oleari1637-ci ildə yazıb: "Astronomik vasitələrlə və günəş saatı iləgecə-gündüz bərabərliyi anını müəyyən edən astroloqlar elan etdiki, Yeni il başlandı. Elə həmin anda yaylım atəşlərinin səsi gəldi,şəhər qalalarından və qala divarlarından musiqi səsi ucaldı. Baharbayramı bu cür başlandı".

Azərbaycanlılar bayram süfrəsini zövqlə bəzəyirlər. Süfrədə "s"hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd,səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam,güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun dasimvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq,şəffaflıq rəmzidir.

Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır: əgərNovruzun ilk günü evdə olmasan, yeddi il evdə görünməyəcəksən.Qədim adətlərə görə, bayır qapılar bağlanmır. Novruzun ilk gecəsisəhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş şam uğursuzluqəlamətidir.

Novruzu qeyd edərkən kəndlilər növbəti ilin quraq, yaxudyağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər.Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günüpayız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək vəyağışsız olursa, deməli, il kənd təsərrüfatı üçün uğurlu keçəcək.Əgər külək olarsa, deməli, bütün il bu cür keçəcək. Son üç gündə dəilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.

Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündəbirləşdirən bayramdır.

Məqalədə:
Seçilən
11
3
az.trend.az

4Mənbələr