AZ

Bu pişik yemi qadağan edildi - Marketlərdən yığışdırılır

ABŞ-də iki pişikdə quş qripi aşkarlanması çiy pişik yeməklərinin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, fərqli ştatlarda yaşayan pişiklərin quş qripinə yoluxmasından sonra aparılan araşdırmalar onların "Savage Cat" markasına aid çiy toyuq əsaslı yemək yediklərini üzə çıxarıb. Bu hadisə ilə əlaqədar ABŞ Qida və Dərman İdarəsi (FDA) həmin markaya aid bəzi məhsulların bazardan təcili geri çağırılması barədə qərar verib. Xüsusilə böyük və kiçik ölçülü çiy toyuq tərkibli pişik yeməkləri satışdan yığışdırılıb. FDA ev heyvanı sahiblərini bu məhsulları istifadə etməməyə, bağışlamamağa və satın aldıqları mağazaya qaytararaq pul geri alacaqları barədə xəbərdar edib.

Quş qripinin ev heyvanlarına keçməsi mütəxəssisləri narahat edib. Hakimiyyət orqanları xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbirləri gücləndirib.

İsmayıl
Milli.Az

Seçilən
13
1
milli.az

10Mənbələr