AZ

Novruz yeni gün deməkdir - Kamaləddin Qafarov

Bakı. Trend:

Artıq ikinci ildir Azərbaycan xalqı sülhü tərənnüm edən Novruzbayramını ölkənin istisnasız bütün ərazisində, o cümlədən Qarabağınvə Şərqi Zəngəzurun hər bir guşəsində böyük coşqu ilə qarşılayır.Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevinrəhbərliyi ilə 2020-ci ildə torpaqlarımızı erməni işğalından azadetdi. 2023-cü ilin sentyabrında isə artıq ölkəmizin ərazi bütövlüyüvə suverenliyi tam bərpa olundu.

Bu sözləri Novruz bayramı münasibətilə mətbuata verdiyiaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hələ1998-ci ildə etdiyi tarixi çıxışlarından birində dediyi bu kəlamlarda həqiqətə çevrildi: ““Gün o gün olacaq ki, Novruz bayramını birdəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda,Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki,belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, buinamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlikedirəm.” Ulu Öndər torpaqlarımızın işğaldan azad ediləcəyinə vəxalqımızın bütün bayramlarını, o cümlədən Novruz bayramını həmintorpaqlarda da qeyd edəcəyinə hər zaman bütün qəlbi ilə, bütünvarlığı ilə inanırdı”.

Kamaləddin Qafarov Sovetlər dönəmində qeyd olunmasına ciddiqadağalar qoyulmuş Novruzun uzun illərin fasiləsindən sonra 1969-cuildən respublikamızda yenidən təntənə ilə qeyd olunmasınabaşlandığını xatırladıb.

“Novruzun yenidən bayram kimi qeyd olunması həmin il ilk dəfərespublikanın rəhbərliyinə gəlmiş Ümummilli Lider Heydər Əliyevinöz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adətvə ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi idi.UluÖndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövrünün ilkilinin ən möhtəşəm nailiyyətlərindən biri də Novruz bayramının qeydolunmasına uzun illər mövcud olmuş ciddi qadağaların aradanqaldırılması oldu. Bu addım milli Azərbaycançılıq məfkurəsininformalaşdırılması istiqamətində atılmış çox mühüm addımlardan biriidi. Müstəqilliyimizin bərpasından sonra Novruz bayramı ölkəmizdədaha geniş miqyasda, daha böyük təntənə ilə qeyd olunmağa başlandı.Novruz bayramı həyatın və yeniliyin ən mükəmməl rəmzidir.

Novruz sözünün mənası yeni gün deməkdir. Həqiqətən də Novruz özgəlişi ilə həyatımıza hər dəfə bir yenilik gətirir. Bu gün Novruzartıq siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruzbayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarınınrəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqisiyasi mədəniyyətin təşəkkül tapdığını nümayiş etdirir. Bir vacibməqamı da qeyd etmək lazımdır ki, Novruz bayramı Azərbaycanxalqının çoxçalarlı incəsənətin güzgüsü, habelə millimədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimiümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür”.

Seçilən
22
13
az.trend.az

10Mənbələr