Ukrayna müharibənin 1121-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 899 470 hərbçi, 10 377 ədəd tank, 21 561 ədəd zirehli döyüş maşını, 24 747 ədəd artilleriya sistemi, 1 322 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1110 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 41 094 ədəd avtomobil texnikası, 29 895 ədəd PUA, 3 121 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 780 xüsusi avadanlıq itirib.