AZ

UEFA Millətlər Liqasında 1/4 final və pley-off həyəcanı başlayır

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün 1/4 final və pley-off mərhələsinin ilk matçları baş tutacaq.

Arena.az xəbər verir ki, keçiriləcək qarşılaşmalar arasında ilk olaraq Türkiyə yığması “Rams Park”da Macarıstan millisini sınağa çəkəcək. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Azərbaycanlı futbol azarkeşlərini yaxından maraqlandıran görüşlərdən biri də Xorvatiyada yerli komanda ilə Fransa arasında baş tutacaq. Cütün qalibi 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olacaq.

UEFA Millətlər Liqası
20 mart

1/4 final

23:45. Xorvatiya – Fransa
23:45. İtaliya – Almaniya
23:45. Niderland – İspaniya
23:45. Danimarka – Portuqaliya

A və B Liqaları
Pley-offun ilk oyunları

21:00. Türkiyə – Macarıstan
23:45. Avstriya – Serbiya
23:45. Ukrayna – Belçika
23:45. Yunanıstan – Şotlandiya

B və C Liqaları
Pley-offun ilk oyunları

21:00. Ermənistan – Gürcüstan
23:45. Slovakiya – Sloveniya
23:45. Bolqarıstan – İrlandiya
23:45. Kosovo – İslandiya

Qeyd edək ki, UEFA Millətlər Liqasında pley-offun cavab görüşləri martın 23-də keçiriləcək.

Seçilən
8
3
arena.az

2Mənbələr