Türkiyənin Milli Təhlükəsizlik Şurası prezident Rəcəb Tayyin Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə toplanacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Toplantının əsas gündəmi terrordan azad Türkiyə prosesi, Suriyada baş verənlər və atəşkəsi pozan İsrailin Fələstinə hücumları olacaq. Şuranın iclasında digər regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə olunacaq.