"Toplum TV" işi üzrə məhkəmə başlayır.
Bu barədə APA-ya vəkil Zibeydə Sadıqova məlumat verib.
O, bildirib ki, cinayət işi materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub.
İş hakim Azər Tağıyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası aprelin 2-nə təyin olunub.