AZ

"Çelsi" "Sportinq"in iki futbolçusu üçün 74 milyon avro ödəyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Çelsi" 74 milyon avro qarşılığında Portuqaliya "Sportinq"inin iki gənc futbolçusunu "rənglərinə bağlayıb".
Oxu.Az "SkySports"a istinadən xəbər verir ki, London klubu 17 yaşlı portuqaliyalı cinah yarımmüdafiəçisi Geovani Kenda ilə yanaşı, hazırda İspaniyanın "Las Palmas" klubunda icarə əsasında çıxış edən 20 yaşlı yarımmüdafiəçi Dario Esuqa ilə anlaşıb.
Esuqa (22,27 milyon avro) 2025-ci ilin yayında "Çelsi"yə keçəcək, Kenda isə (52,14 milyon avro) daha bir il "Sportinq"də qalıb, 2026-cı ilin yayında "zadəganlar"ın futbolçusu olacaq.
Qeyd edək ki, "Las Palmas"ın dayaq yarımmüdafiəçisi cari mövsümdə bütün yarışlarda 19 oyun keçirib və bir qol vurub. Kenda isə Lissabon klubunun heyətində ümumilikdə bütün turnirlərdə 44 matçda iki qol vurub və səkkiz məhsuldar ötürmə edib.
Seçilən
16
50
oxu.az

10Mənbələr