AZ

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,21 ABŞ dolları, yaxud 1,66 % artaraq 74,02 ABŞ dolları təşkil edib.

Ölkə.az-ın hərracların nəticələrinə istinadən verdiyi məlumata görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 72,54 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,12 ABŞ dolları və ya 1,57 % artaraq 72,6 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
33
12
olke.az

10Mənbələr