AZ

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar.

APA xəbər verir ki, bu barədə Gimnastika Federasiyasından bildirilib.

Məlumata görə, Azərbaycanın gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda uğurla çıxış ediblər. Onlar qarışıq cütlük proqramında qızıl medal qazanıblar.

Hakimlərdən 19.350 xal alan idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Poliqon.info

Seçilən
65
15
poliqon.info

10Mənbələr