İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan istintaq çərçivəsində saxlanılan bələdiyyə sədri Əkrəm İmamoğlu və bələdiyyə işçiləri ilə bağlı qərarlar açıqlanıb
Tribunainfo.az xəbər verir ki, həbs tələbi ilə hakimliyə sövq edilən İBB Media A.Ş. İdarə Heyətinin sədri Murat Ongun, İstanbul Planlaşdırma Agentliyinin (İPA) sədri Buğra Gökçe, Alper Aydın, Timur Sarıbaş, Murat Sarıbaş, Eyyıl Subaşı, Ali İlbak, Adem Tuncay, Ali Nuhoğlu, Ahmet Köksal, Hakan Karanis və Tuncay Yılmaz həbs edilib.
İBB baş katibinin müavini Camal Ufuk Karakaya, İBB Şəhər Dizayn şöbəsinin müdiri Bayram Taşkın, Canan Münüplü, Birsen Şahin, İMM Media A.Ş. İdarə Heyətinin sədr müavini Vahit Doğan və sənətçi Ercan Saatçi sərbəst buraxılıb.
“AzPolitika”