AZ

Bakıda yağış, bəzi rayonlarda qar yağır - Faktiki hava

Martın 23-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir...

Poliqon xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustan, Yevlax, LerikYardımlıda yağış yağır.

Şahdağ, Quba, Qusar, Xaltan, Xınalıq, ŞəkiŞahbuzda isə arabir qar yağması müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 30 m/s, Göyçayda 16 m/s-dək güclənib.

Poliqon.info 

Seçilən
63
12
poliqon.info

10Mənbələr