Ermənistan Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Avropa İttifaqının (Aİ) mülki missiyası ilə əməkdaşlıq etmək niyyətindədir.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini, Ermənistanın Avropa Şurasındakı keçmiş daimi nümayəndəsi Paruyr Ovannisyan deyib.
“Biz Avropa İttifaqı ilə müşahidəçilərin yeni mandatı haqqında müzakirə apara bilərik, əməkdaşlıq mütləq sərhəd məsələləri ilə məhdudlaşmamalıdır. Biz avropalı müşahidəçilərlə işi davam etdirmək üçün düzgün modeli tapa biləcəyik”, – deyə nazir müavini vurğulayıb.
P.Ovannisyanın sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması üçün bütün beynəlxalq tərəfdaşlarla, o cümlədən Rusiya ilə əməkdaşlığa hazırdır.