AZ

Bakıda silsilə oğurluq edənlər ələ keçdi

Bakı. Trend:

Xətai rayonu ərazisində 3 avtomobildən 1 600 manat pul vəsaiti,bank kartları və 60 manat dəyərində zinət əşyasının oğurlanmasıbarədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkumolunmuş 23 yaşlı N.Eminov və 38 yaşlı Ə.İsmayılov müəyyən olunaraqsaxlanılıblar.

Bundan başqa, Yasamal rayonu ərazisində noutbuk, televizor vəiçərisində 500 manat dəyərində geyim əşyaları olan çantanıoğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlıE.Vəlibəyov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.

Seçilən
61
20
az.trend.az

10Mənbələr