1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ermənistan hökuməti və bir sıra nazirliklərdə Avropa İttifaqı ilə Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi ilə əlaqədar məsləhətçilər təyin ediliblər.
Oxu.Az "Sputnik Ermənistan" istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Paruyr Ovannisyan Avropaya inteqrasiya üzrə parlament komissiyasının iclasında deyib.
O qeyd edib ki, Avropa İttifaqından yüksəkrütbəli məsləhətçi artıq Ermənistana ezam olunub, Fransa beş müxtəlif nazirliyə məsləhətçilər göndərib. Eyni zamanda, digər ölkələrdən ekspertlərin dəvət edilməsinin mümkünlüyü nəzərdən keçirilir.
Paruyr Ovannisyan qeyd edib ki, yaxın aylardan Avropa İttifaqı ilə danışıqların gündəliyinə dair yeni sazişin imzalanması planlaşdırılır. Bu, Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının iyun ayında keçirilməsi nəzərdə tutulan iclasında imzalana bilər.