AZ

Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

Bakı. Trend:

Rusiyanın Primorye diyarında Su-25 təyyarəsi təlim-məşq uçuşuzamanı qəzaya uğrayıb.

Trend Rusiyamediasına istinadla xəbər verir ki, bu barədə ölkənin MüdafiəNazirliyi məlumat yayıb.

Pilot katapult edib və axtarış-xilasetmə qrupu tərəfindən aşkarolunub. Hərbi qurum əlavə edib ki, pilotun həyatı və sağlamlığıüçün təhlükə yoxdur.

“Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Təyyarə insanlarınolmadığı əraziyə düşüb və düşdüyü yerdə heç bir dağıntı yoxdur”, -deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub. RusiyaAerokosmik Qüvvələrinin komissiyası qəza yerinə yollanıb.

Zirehli hücum təyyarəsi olan Su-25 “Qraç” döyüş sahəsində hədəfigörmə zonasında quru qoşunlarına birbaşa dəstək vermək, həmçinin,təyin olunmuş koordinatlara malik hərəkət edən və etməyən yerüstüvə azsürətli hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.Təyyarənin ekipajı bir nəfərdən ibarətdir.

Seçilən
24
3
az.trend.az

4Mənbələr