AZ

Kats: "İsrail Qəzzada dayanmayacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İsrail HƏMAS hərəkatına qarşı əməliyyatını radikalların saxladıqları bütün girovların azad edilməsinə nail olana qədər davam etdirəcək".
Oxu.Az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats "X" sosial şəbəkə hesabında yazıb.
Nazirin sözlərinə görə, İsrail HƏMAS ilə mübarizə aparır və onu məğlub edəcək, Qəzzada mülki şəxslərlə döyüşmür və mülki şəxslərə zərəri minimuma endirmək üçün beynəlxalq hüququn tələb etdiyi hər şeyi edir:
"Ancaq HƏMAS mülki geyimdə, mülki binalardan və mülki şəxslərin arxasından döyüşəndə dinc əhalini təhlükə qarşısında qoyur. Buna görə də qəzzalıları döyüş zonalarından təxliyə olmağa çağırırıq".
Seçilən
57
23
oxu.az

10Mənbələr