AZ

Masallıda iki maşın toqquşdu, bir nəfər öldü

Masallıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi vaş verib.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, martın 24-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində Ə.İsayevin idarə etdiyi “Opel” markalı avtomobillə M.Kişiyevin idarə etdiyi “Toyota” markalı avtomobil toqquşub.

Sürücünün idarəetməni itirməsi nəticəsində “Toyota” yolun ehtiyat hissəsi ilə hərəkət edən piyada 59 yaşlı Camal Ağayevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə xəsarətlər alıb.

Sürücü deformasiyaya uğrayan maşından çıxarılıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
37
5
konkret.az

10Mənbələr