Slovakiyanın Xüsusi Cinayət Məhkəməsi Baş nazir Robert Fiçoya atəş açan təqaüdçü Jura Cintulanın məhkəmə prosesinin sonuna qədər həbsdə qalmasına qərar verib.
Demokratikmusavat.com"Report"a kistinadla xəbər verir ki, o, terrorizmlə bağlı cinayət maddəsi ilə xüsusilə ağır cinayət törətməkdə ittiham olunur.
Məhkəmə Cintulanın hökm çıxarılana qədər azadlığa buraxılması tələbini rədd edib. Xəstəliyini və ailə vəziyyətini əsas gətirən Cintula, məhkəmə zamanı polis nəzarəti altında evdə qalmasına icazə verilməsini israr edib. Məhkəmə isə qərarını onun qaça biləcəyi və ya cinayət fəaliyyətini davam etdirə biləcəyi ilə bağlı narahatlıqlarla əsaslandırıb.
Martın 17-də Slovakiyanın Baş Prokurorluğu Cintulanın cinayət işini Respublikanın Xüsusi Cinayət Məhkəməsinə verib. İş 18 cilddən ibarətdir. Təqsirləndirilən şəxsi ömürlük həbs cəzası gözləyir.