AZ

Ər-Riyadda baş tutan Rusiya-ABŞ dialoqunun Moskvaya təsiri

Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda martın 24-də baş tutan Rusiya-ABŞ məsləhətləşmələrində bir çox problemi müzakirə etmək mümkün olub, çətin, lakin faydalı dialoq aparılıb.

News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin bildirib.

O qeyd edib ki, danışıqlar başqa formatda da davam etdiriləcək.

"Rusiya və ABŞ arasında danışıqlar BMT və ayrı-ayrı ölkələr də daxil olmaqla beynəlxalq birliyin iştirakı ilə davam edəcək", - Q.Karasin vurğulayıb.

Seçilən
23
5
news365.az

6Mənbələr