Sabahdan havanın temperaturu yüksələcək, 18 dərəcə isti olacaq.
News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.