1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qalatasaray" klubunun rəhbərləri belçikalı ulduz Dris Mertensə komandada qalması üçün üç vəzifə təklif ediblər.
Oxu.Az "Fotomac"a istinadən xəbər verir ki, təcrübəli futbolçu klubda qalacağı təqdirdə üç vəzifədən birini seçməli olacaq.
Belə ki, Dris Mertensə köməkçi məşqçi, transfer komitəsinin rəhbəri və "Qalatasaray" adına futbol akademiyaları yaradıb onlara rəhbərlik etmək vəzifələri təklif olunub.
Qeyd edək ki, Dris Mertens bunla bağlı klub rəsmilərinə hələ heç bir cavab verməyib.