Bu barədə 1news.az məlumat yayıb.
Milli Qəhrəmanın həyat yoldaşı Yana Vilkova bunun ailənin qəza yerinə ilk səfəri olduğunu deyib.
O bildirib ki, hadisədən 3 ay sonra həmin yerə getmək, bu hüznlü gündə həlak olanların xatirəsini ehtiramla yad etmək vacib idi: “Üç ay həm çox, həm də azdır. Sağaltmayan, ancaq ağrının şiddətini azaldan, o taleyüklü günün heç bir detalını yaddaşlardan silməyən zaman...”
Xatırladaq ki, AZAL təyyarəsi ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarəyə fiziki və texniki xarici təsir qəzaya səbəb olub. Hadisə baş verən vaxt hava gəmisinin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub.
Həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla onlara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.









10Mənbələr
-
senzor.azQəzaya uğrayan təyyarənin kapitanı İqor Kşnyakinin ailəsi 3 ay sonra hadisə yerində - ( 16201779)
-
pravda.azMilli Qəhrəmanın ailəsi qəza yerinə getdi... - VİDEO ( 16196713)
-
day.azMilli Qəhrəmanın ailəsi 3 ay sonra qəza yerində... - FOTO ( 16195955)
-
turanpress.comKşnyakinin ailəsi Aktauda qəza yerində... - FOTO ( 16195403)
-
demokrat.azMilli Qəhrəmanın ailəsi 3 ay sonra qəza yerində... — FOTOLAR ( 16195079)
-
hurriyyet.azMilli Qəhrəmanın ailəsi 3 ay sonra qəza yerində... - Fotolar - Video ( 16194667)
-
seherxeber.orgMilli Qəhrəmanın ailəsi 3 ay sonra qəza yerində... - Fotolar - Video ( 16194659)
-
Demokratikmusavat.comMilli Qəhrəmanın ailəsi 3 ay sonra qəza yerində... - Fotolar - Video ( 16194605)
-
konkret.azMilli Qəhrəmanın ailəsi 3 ay sonra qəza yerində… – VİDEO ( 16194545)
-
poliqon.infoMilli Qəhrəmanın ailəsi 3 ay sonra qəza yerində... - Foto ( 16194473)