Azərbaycanın gənclərdən ibarət yığması (U-21) Antalyada təlim-məşq toplanışında bu gün növbəti yoldaşlıq oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Şimali Makedoniyadan olan həmyaşıdları ilə qarşılaşıb. Matçda qol səsi eşidilməyib (0:0).
Qeyd edək ki, martın 22-də U-21 yığmamız təlim-məşq toplanışı çərçivəsində Moldovaya qalib gəlib (2:0).