Leroy Mikels məşqə başlayıb.
Sportinfo.az xəbər verir ki, “Şamaxı”nın uzun müddətdir zədəli olan cinah hücumçusu komanda ilə birgə hazırlıq keçir.
Almaniyalı legioner zədə üzündən komandasının son 6 oyununda meydana çıxa bilməmişdi. Bərpa müddəti uzun çəkən forvard artıq 5 gündür çalışmalara qatılır.
Leroyun növbəti turda meydana çıxacağı dəqiq deyil. Zədəsi imkan versə, o, “Zirə” ilə səfər görüşündə oynaya bilər.