AZ

Yaxın vaxtlarda Ağdamın üç kəndinə qayıdış baş tutacaq - VİDEO

AzVision.az “ATV Xəbər”ə istinadən bildirir ki, yenidən qurulan Ağdam şəhəri ilə yanaşı, kəndlərin də tikintisi davam edir. Böyük Qayıdış proqramı çərçivəsində Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti və quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir.

Bu kəndlərdə tikinti işləri artıq son mərhələyə çatıb. Xıdırlı kəndində 719, Sarıcalıda 200, Kəngərlidə isə 292 fərdi evin tikintisi tamamlanmaq üzrədir. Eyni zamanda, burada emalatxanalar, icma mərkəzləri, çoxfunksiyalı binalar, məktəblər, bağçalar və kənd bazarlarının tikintisi də başa çatmaq üzrədir.

Qeyd edək ki, 2025-ci ilin sonuna qədər Ağdamda 10 minə yaxın əhalinin məskunlaşması nəzərdə tutulur.


AzVision.az
Seçilən
106
12
azvision.az

10Mənbələr