Bakı. Trend:
Çinli avtomobil istehsalçısı "Chery Automobile Co." şirkətiTürkiyədə 1 milyard dollarlıq elektrik avtomobil zavodu qurmağıplanlaşdırır.
Trend xəbər verirki, bu barədə Türkiyə Sənaye Nazirliyi məlumat yayıb.
Zavod Türkiyənin Samsun şəhərində fəaliyyət göstərəcək və ildə200 min avtomobil istehsal etmək gücündə olacaq. Həmçinin, "Chery"bu zavodda avtomobil hissələri istehsal etməyi də planlaşdırır.
Layihə çərçivəsində tədqiqat və inkişaf mərkəzi yaradılacaq vəbu, 5000 yeni iş yerinin açılmasına səbəb olacaq. "Chery" zavodununaçılışı, Çin avtomobil istehsalçılarının Aİ ilə gömrük razılaşmasıolan Türkiyədə mövcudluğunu genişləndirəcək və onların məhsullarınıAvropaya ixrac etmək üçün mərkəzə çevriləcək.
Qeyd edək ki, keçən il "BYD Co." şirkəti də Türkiyədə 1 milyarddollarlıq zavod tikmək planlarını açıqlamışdı. Elektrikavtomobilləri, keçən il Türkiyədə bütün yeni avtomobil satışlarının11%-ni təşkil edib, bu da ölkənin elektrik avtomobilləri bazarınınpotensialını göstərir.