1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyada "An-12" yük təyyarəsi qəzalı eniş edib, xəsarət alan var.
Oxu.Az-ın RBK-ya istinadən məlumatına görə, bu barədə şəhərin Vahid Növbətçi-Dispetçer Xidməti (VNDX) məlumat verib.
Bildirilib ki, Sabbeta-Novıy Urenqoy marşrutu üzrə hərəkət edən təyyarənin enişə yaxınlaşarkən sol şassi dayağı tam açılmayıb və fiksasiya olunmayıb.
Hadisə zamanı göyərtədə səkkiz ekipaj üzvü olub, onlardan biri xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə yoxdur.
Nəzarət qurumu yoxlamağa başlayıb.
