ABŞ ordusu Yəmənin paytaxtı Sənadakı “Ənsar Allah” hərəkatının nəzarətində olan Əd-Dailami aviabazasına hücum edib.
APA xəbər verir ki, bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, Səna beynəlxalq hava limanı yaxınlığında yerləşən Əd-Dailami aviabazasına ən azı iki hava zərbəsi endirilib.
Dağıntılar və insan tələfatı ilə bağlı heç bir məlumat verilmir.