AZ

Təxminən 3,5 milyon suriyalı əvvəlki yaşayış yerlərinə qayıtmağa hazırdır- BMT

Son 14 ildə silahlı qarşıdurmalar nəticəsində ölkə daxilində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 3,5 milyona yaxın suriyalı lazımi yaşayış şəraitinin olması şərti ilə növbəti il ​​ərzində əvvəlki yaşayış yerlərinə qayıtmağa hazırdır. 

Vətəninfo.az xəbər verir ki,  bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer BMT Təhlükəsizlik Şurasının Suriyadakı vəziyyətlə bağlı iclasında çıxışı zamanı deyib. O əlavə edib ki, belə şəraitin yaradılması ölkənin yenidən qurulması və inkişafına sərmayə qoyulmasını tələb edir.

“Biz Suriyanın bərpası, yenidən qurulması və inkişafına sərmayə qoymaq üçün çox tez hərəkət etməliyik”. Xidmətlərin genişləndirilməsi bunun üçün həlledici olacaq. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, 3,5 milyon məcburi köçkün və qaçqın gələn il öz evlərinə qayıtmağa hazırdır, lakin onların əsas yaşayış şəraiti: sığınacaq, elektrik, su, kanalizasiya, təhsil, iş olduğu halda”, – Fletçer bildirib.

Onun sözlərinə görə, bu, Suriyaya qarşı tətbiq edilən mürəkkəb sanksiyalar və digər məhdudiyyətlər şəbəkəsini, eləcə də dağıntıların miqyasını və ehtiyacları nəzərə almaqla vaxt və investisiya tələb edir.

Fletçer həmçinin xatırladıb ki, hazırda Suriyada “16 milyondan çox insan – əhalinin demək olar ki, dörddə üçü kifayət qədər qida, su, sığınacaq və xidmətlərə malik deyil”. O, Suriyada humanitar proqramların maliyyələşdirilməsində çətinliklərə diqqət çəkib.

“Bu günə qədər donorlar bu məqsədlər üçün lazım olan 2 milyard dollardan cəmi 155 milyon dollar və ya iyun ayına qədər tələb olunan məbləğin 13 faizini təmin ediblər. ABŞ administrasiyasının xarici yardımı azaltmaq qərarına görə, ABŞ tərəfindən maliyyələşdirilən təşkilatların demək olar ki, yarısına işlərini tam və ya qismən dayandırmaq əmri verilib və ölkədəki humanitar personalın sayı 40 faiz azalıb, insanların həyatını xilas etmək üçün daha çox pula ehtiyacımız var”.

BMT Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, hazırda didərgin düşmüş suriyalıların sayı təxminən 13 milyon nəfərdir, onlardan 5 milyonu qaçqın kimi ölkədən kənardadır.

Seçilən
44
50
veteninfo.az

10Mənbələr