AZ

Evi təmizlədi, ərini 3,8 milyon dollar ziyana saldı

İngiltərədə ibtidai sinif müəllimi Elli Hart təmizlik işləri apararkən içində ərinin 3,8 milyon dollar dəyərində bitkoini olan fleş-diski səhvən zibilə atıb.

Publika.az xəbər verir ki, o, təmizlik zamanı köhnə qəbzlər və batareyalar arasında qara rəngli fleş-disk tapıb. Onu lazımsız hesab edən qadın əri Tomdan heç nə soruşmadan cihazı atıb.

"Tom fleş-diskin harada olduğunu məndən soruşduqda donub qaldım. Biz bütün zibil qutularını axtardıq, amma çox gec olduğunu bilirdik", - deyə Elli etiraf edib.

Veb tərtibatçısı olan Tom həmin bitkoinləri kriptovalyutanın xeyli ucuz olduğu 2013-cü ildə alıbmış. İllər keçdikcə onun dəyəri astronomik məbləğə çatıb.

Cütlük bildirib ki, şokedici hadisəyə baxmayaraq, münasibətlərini qorumağa çalışırlar. Ellinin sözlərinə görə, Tom onu ​​günahlandırmayıb, lakin itkinin ağırlığı "hər sükutda hiss olunur".

Seçilən
55
50
publika.az

10Mənbələr