AZ

Şəkidə 16 yaşlı oğlan həmyaşıdını bıçaqladı

Şəkidə bıçaqlanma hadisəsi olub.

News24.az xəbər verir ki, Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.


Seçilən
103
24
news24.az

10Mənbələr