AZ

Allergiya əlamətlərini azaltmağın ən təsirli ÜSULU - Duzlu su...

Allergiya immunitet sistemi zərərsiz bir maddəyə həddindən artıq reaksiya verdikdə baş verir.

Öskürək, burun tutulması, asqırma və nəfəs darlığı kimi əlamətlərə səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, xüsusilə yaz aylarında şiddətlənən allergiya simptomlarını aradan qaldırmaq üçün sadə üsul var.

Bunun ən təsirli yollarından biri duzlu suyun soyuducuda saxlanmasıdır. Təmiz bir qabda yarım litr qaynadılmış suya bir çay qaşığı xörək duzu əlavə edin və qarışığı soyuducuda saxlayın. Su tam soyuduqdan sonra ovucunuza bir xörək qaşığı götürün və qarışığı hər burun dəliyindən bir-bir nəfəs alın. Bu prosesi iki və ya üç dəfə təkrarlayın.

Mütəxəssislər bildirir ki, bu sadə üsulla allergiya əlamətlərini xeyli azaltmaq olar.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
79
5
bizim.media

10Mənbələr