AZ

Tramp Putinə qarşı qəzəblidir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Putinə əsəbiləşmişəm, lakin onunla çox yaxşı münasibətim var. İşlər düz getsə, qəzəbim tez sovuşacaq. Onunla bu həftə yenidən danışa bilərik".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp "NBC News" telekanalına müsahibəsində fikirlərini bölüşüb.
O əlavə edib ki, Rusiya prezidentinin şərhləri yanlış hədəfə dəyib.
Bundan əvvəl Putin Ukraynada Zelenskini effektiv şəkildə vəzifədən uzaqlaşdıra biləcək keçid hökumətinin yaradılmasına çağırıb.
"Əgər biz Ukraynada axan qanı dayandırmaq üçün Rusiya ilə razılığa gələ bilməsək və bunun Moskvanın günahı olduğunu düşünsəm, bu ölkədən gələn bütün neftə ikinci dərəcəli rüsumlar tətbiq edəcəyəm", - Tramp bildirib.
O aydınlaşdırıb ki, bu halda Rusiya neftini alanlar ABŞ-də bizneslə məşğul ola bilməyəcəklər. Qeyd olunur ki, bütün neftə 25-50 faizlik tarif tətbiq olunacaq.
Seçilən
131
50
oxu.az

10Mənbələr