AZ

Gürcüstan prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gürcüstanın Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
"Sizi və dost Azərbaycan xalqını əlamətdar Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu bahar, yenilənmə və birlik bayramında Sizə xoşbəxtlik, möhkəm cansağlığı, ölkənizə isə sülh, tərəqqi və firavanlıq arzulayıram.
Novruz bayramı əsrlər boyu ölkələr arasında qarşılıqlı hörmət, dostluq, mehribanlıq rəmzi olmuşdur. Çoxəsrlik adət-ənənələrə və mədəni irsə malik olan Novruz xalqlar arasında qarşılıqlı hörmət əsasında qurulan əlaqələrin, sülhün və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində böyük əhəmiyyət daşıyır.
Mən qəti şəkildə inanıram ki, Gürcüstan ilə Azərbaycan arasında uzunmüddətli dostluq və strateji tərəfdaşlıq gələcəkdə də inkişaf edərək regional sülh və sabitliyi daha da möhkəmləndirəcək.
Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, bu əlamətdar bayram münasibətilə dost Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm".
Seçilən
45
22
oxu.az

10Mənbələr