1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Mingəçevir kənd qəbiristanlığında iki başdaşılı məzar ətrafında dolaşan söhbətlərə bu gün son qoyulub.
Oxu.Az Teleqraf.az-a istinadən xəbər verir ki, məzarın üzərində ucaldılmış "Övladlarından xatirə" yazılmış başdaşı lövhəsi mərhum Cavad Qurbanzadənin yaxınlarının iştirakı ilə götürülüb.
Xatırladaq ki, bu olayın görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açmışdı. Məsələnin yanlışlıqdan qaynaqlandığı bildirilib.