AZ

"Euronews" Azərbaycanda Novruz bayramına həsr olunmuş süjet hazırlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Novruz - Azərbaycanda baharın gəlişini və təbiətin yenilənməsini qeyd edən müqəddəs bir bayramdır. Zərdüştlükdə kökləri olan bu bayram, işığın qaranlıq üzərində qələbəsini simvolizə edir".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Euronews" telekanalının hazırladığı xüsusi reportajda bildirilir.
Süjetdə ailələrin bayram süfrəsi ətrafında toplaşması, yaxınlarını ziyarət etməsi və keçmişin mənfiliklərindən təmizlənmək üçün tonqalların üzərindən tullanmaq kimi qədim ənənələrdə iştirak etməsi qeyd olunub.
"Novruz sadəcə mövsümi bir hadisə deyil, bu bayram azərbaycanlıları sevinc içində birləşdirir və özünəməxsusluq, ümid və yeni başlanğıclar hissinin inkişafına töhfə verir", - deyə müəllif vurğulayır.
Ətraflı süjetdə:
Seçilən
101
50
oxu.az

10Mənbələr