Türkiyənin Bursa şəhərinin Uluduağ ərazisində yerləşən hoteldə baş verən yanğın nəticəsində xizək alpinizmi üzrə dünya çempionu Berkin Usta həyatını itirib.
Demokratikmusavat.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Berkin Ustanın valideynləri də yanğın nəticəsində həyatlarını itiriblər.
Qeyd edək ki, bu gün səhər saatlarında baş verən yanğın zamanı 9 nəfər hoteldən qaça bilib, digər 3 nəfər xəstəxanaya yerləşdirilsə də həyatlarını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Həmidə İbrahimova