Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 694-ə çatıb, daha 1670 nəfər yaralanıb.
Demokratikmusavat.com "TASS"a istinadla xəbər verir ki, 68 nəfər itkin düşənlər siyahısındadır. Hakimiyyət siyahıları tərtib etməyə davam edir.
Xatırladaq ki, martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış, inzibati binalar və xəstəxanalar uçub. Ölkədə fövqəladə vəziyyət elan edilib.
Həmidə İbrahimova