Cənubi Koreyada tüğyan edən meşə yanğınlarının miqyası ötən günlə müqayisədə iki dəfə artıb.
"Unikal" xəbər verir ki, hakimiyyət orqanları ən azı 27 nəfərin ölümünə səbəb olan yanğınları ölkənin ən dəhşətli təbii fəlakəti adlandırıb.
Yanğın tarixi məbədləri məhv edib. Təhlükəsizlik Nazirliyi üç bölgədə yanğınların söndürülməsi üçün 120-dən çox helikopterin cəlb etdiyini bildirib.
Cənubi Koreya dağlıq ərazisi olduğu üçün meşə yanğınları ilə mübarizə məqsədilə helikopterlərdən istifadə edir. Çərşənbə günü yanğını söndürərkən qəzaya uğrayan helikopterin pilotu həlak olub.