Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Mia.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma burada yaradılmış şərait barədə məlumat verib.
Sakin: Bu gün bizim hazırda durduğumuz yer bağ idi, meşə idi bura, burada böyük palıd ağacları.
Prezident İlham Əliyev: Bəs evlər harada idi?
Sakin: Evlər bir az bundan aşağıda idi.
Prezident İlham Əliyev: Orada idi?
Sakin: Bəli.
Prezident İlham Əliyev: Bu, Sarıcalının bağı idi?
Sakin: Meşə idi, qoz ağacları, palıd ağacları var idi.
Prezident İlham Əliyev: Qırdılar.
Sakin: Onların hamısını məhv etdilər.
Prezident İlham Əliyev: Siz işğal dövründə harada yaşamısınız?
Sakin: Bərdədə yaşamışam.
Prezident İlham Əliyev: Bərdədə hansı şəraitdə?
Sakin: Məktəbdə yaşayırdıq. Hazırda beşmərtəbələrdə oluruq. Çox sağ olun, Allah Sizə kömək olsun. Allah şəhidlərimizə rəhmət eləsin.
Prezident İlham Əliyev: Cavanlar da gəlib. Həvəslə gəlmisiniz?
Sakinlər: Bəli, əlbəttə.
Prezident İlham Əliyev: Onlar heç görməyiblər buraları.
Sakin: Görməyiblər. Yəni, görməyənlər də belə gəlib görmək istəyirlər ki, işğaldan azad olunmuş torpaqlarımız nə cür bərpa olunur. Allah həmişə dövlətimizin bayrağını uca etsin.
Prezident İlham Əliyev: Sağ olun. Otuz il ərzində ədalətsizliklə üzləşmişdik. Bu ədaləti biz özümüz bərpa etdik və biz hər gün ədalət təntənəsini görürük.
Sakinlər: Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. İlin sonuna qədər də təqribən 30 min, 40 min qayıtmalıdır. İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız.
Sakin: İnşallah. Çox sağ olun, minnətdarıq. Allah Sizi var eləsin, Allah Sizi qorusun!
Prezident İlham Əliyev: Sağ olun.
Sakinlər: Sağ olun, çox sağ olun.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Mia.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma burada yaradılmış şərait barədə məlumat verib.
Prezident İlham Əliyevin çıxışı
Prezident İlham Əliyev: Sarıcalıya xoş gəlmisiniz.
Sakinlər: Siz də xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Sizi ürəkdən təbrik edirəm.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: İlk növbədə, qarşıdan gələn Ramazan bayramı və Sarıcalı kəndinin bərpası münasibətilə sizi təbrik edirəm. Yəni, bu gün ikiqat bayramdır. Bu bayram ərəfəsində kəndi istifadəyə vermək, keçmiş köçkünlərin sərəncamına vermək xüsusi hadisədir.
Sakinlər: Çox sağ olun.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Mia.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma burada yaradılmış şərait barədə məlumat verib.
x x x
x x x
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.
x x x
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
x x x
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd tam orta məktəbinin binasının açılışında iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Mia.az xəbər verir ki, dövlət başçısı və birinci xanım burada görülən işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər.