Vladimir Zelenski Ukraynadakı münaqişənin həlli üçün Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Zelenski RBC-Ukrayna Telegram kanalında bildirib.
"Mən istənilən formatda danışıqlara hazıram", - Zelenski qeyd edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Ukrayna tərəfi ilə danışıqları kimin və necə aparacağı məsələsi hələ də həll edilməkdədir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta