AZ

Martın 28, 29 və 30-nun havası ilə bağlı

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə martın 28-30-da küləkli hava şəraiti gözlənilir. Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Hacıqabul, Xızı, Mingəçevir, Siyəzən, Şabran, Naftalan, Daşkəsən, Kəlbəcər, Zəngilan və Laçında cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Seçilən
93
20
metbuat.az

10Mənbələr